Pakistan və Əfqanıstan bu gün, oktyabrın 15-də qüvvəyə minən müvəqqəti 48 saatlıq atəşkəs barədə razılığa gəliblər.
Pakistan Xarici İşlər Nazirliyi bu barədə bildirib.
"Talibanın tələbi ilə hər iki tərəfin qarşılıqlı razılığı ilə Pakistan hökuməti ilə Əfqanıstan Taliban rejimi arasında növbəti 48 saat ərzində müvəqqəti atəşkəs haqqında qərar qəbul edilib", - deyə məlumatda bildirilir.
Razılaşma Pakistan vaxtı ilə saat 18:00-da qüvvəyə minib. Ölkənin Xarici İşlər Nazirliyi bəyan edib ki, tərəflər konstruktiv dialoq yolu ilə problemin həlli üçün səy göstərəcəklər.
Mövsüm,
AzNews.az