NATO: Rusiyaya qarşı hər cür ssenariyə hazırıq

15 Oktyabr 2025 18:59 (UTC+04:00)

Rusiya ilə NATO arasında gərginlik artır.

NATO baş katibi Mark Rutte, alyansın qərargahında keçirilən Müdafiə Nazirləri Toplantısından sonra jurnalistlərə açıqlama verib.

“Nə lazımdırsa etməyə hazırıq”

Rutte bildirib ki, NATO müdafiə ittifaqıdır, lakin heç kəs buna şübhə etməməlidir:

“Biz 1 milyard insanımızın və torpaqlarımızın təhlükəsizliyini qorumaq üçün nə lazımdırsa etməyə hazırıq.”

Hava məkanının pozulması ilə bağlı suala cavab verən baş katib qeyd edib:

“Əgər bu pozuntular bir təhdid yaratmırsa, məsələn, sadəcə bir təyyarədirsə, onu vurmayacağıq. Amma komandalarımızın bu təyyarənin təhdidə çevrilməsinin qarşısını dərhal almaq gücü var.”

Rutte vurğulayıb ki, ruslar NATO-nun hərbi gücünü yaxşı bilir və alyansa güvənmək lazımdır:

“Ən yaxşı texnikaya sahibik və 50–60 ildir bu işi görürük. Rusları çox da ciddiyə almayın”.

Mövsüm,

AzNews.az

Onun sözlərinə görə, NATO Rusiyadan 25 dəfə böyükdür və iqtisadi gücü də 2 trilyon dollarlıq Rusiya iqtisadiyyatına qarşı 50 trilyon dollardır.

Rutte əlavə edib:

“Əgər az qazanc üçün milyonlarla insanı qurban verməyə hazır olan bir diktatorla üz-üzəsinizsə, çox hazırlıqlı olmalısınız. O adam NATO-ya qarşı addım ata bilərmi — bilmirəm, amma biz buna hazır olmalıyıq.”