Erməni kilsəsinin üç yeparxiyasının rəhbərləri həbs edildi

16 Oktyabr 2025 12:19 (UTC+04:00)

“Erməni Apostol Kilsəsinin üç yeparxiyasının primatı (rəhbəri) həbs edilib”.

Bunu Ermənistan hökumətinin keçmiş səfiri Edqar Qazaryan bildirib.

Diplomat söhbətin Şirak, Tavuş və Araqatsotn yeparxiyalarının rəhbərlərindən getdiyini qeyd edib. Həbs olunan hər üç şəxs Eçmiədzin kafedralının Ali Ruhani Şurasının üzvüdür.

Qeyd edək ki, oktyabrın 15-də Ermənistan Apostol Kilsəsi hüquq-mühafizə orqanları tərəfindən 13 din xadimi, o cümlədən Araqatsotn yeparxiyasının rəhbəri Mkrtıç Proşyanın saxlanıldığını açıqlamışdı. Din adamlarına qarşı açılan cinayət işi mitinqlərdə iştirak etməyə məcburetmə ittihamı ilə bağlıdır. (teleqraf.az)

AzNews.az