Tovuzda 29 yaşlı qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb

16 Oktyabr 2025 21:04 (UTC+04:00)

Tovuzda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Tovuz rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 16-da saat 12 radələrində Tovuz rayonu, Əyyublu kəndi ərazisində 1996-ci il təvəllüdlü Mətanət Hacızadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1993-cü il təvəllüdlü Səbuhi Hacızadənin Mətanət Hacızadəni qəsdən öldürməsi, daha sonra isə özünə qəsd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Aznews.az