Füzuli Şəhəri Günü münasibətilə tədbirlər keçirilib

17 Oktyabr 2025 15:09 (UTC+04:00)

Füzuli şəhərində Füzuli Şəhər Günü münasibətilə bir sıra tədbirlər keçirilib.

Tədbirlər Azərbaycan Respublikasının mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ Dirçəliş fonundunun təşkilatçılığı ilə keçirilir.

Tədbirlər çərçivəsində Füzuli şəhərində yerləşən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində “Zəfərin ruhu” adlı fotosərgi açılıb, Təsviri sənət üzrə ustad dərsləri keçirilib. Fotosərgidə Azərbaycan ordusunun Birinci və İkinci Qarabağ müharibəsində keçdiyi döyüş yollarını əks etdirən fotolar yer alıb. Ustad dərslərində isə təsviri sənət üzrə əl işləri hazırlanıb. Bundan başqa Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə Uşaqlar üçün Füzuli Dövlət Dram Teatrı tərəfindən "Çəkməli pişik" tamaşasının nümayişi olub.

Tədbirlər planı üzrə şəhərdə konsert proqramının keçiriləcəyi və atəşfəşanlıq nəzərdə tutulur.

Qeyd edək ki, Füzuli şəhəri 44 günlük Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 17-də işğaldan azad edilib. Prezident İlham Əliyevin Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyan 31 iyul 2023 -cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, 17 Oktyabr – Füzuli Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd edilir.