Bu il 170 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

17 Oktyabr 2025 13:16 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında qanunsuz dövriyyədən çıxarılmış 6 ton 696 kq 035,353 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 170 milyon 290 min manat qiymətləndirilir.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məlumatında deyilir.

Qeyd olunub ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4253 nəfər cəlb edilib, onlardan 4127 kişi, 126 qadın olub.

AzNews.az