5 nəfər edam edildi
10 Sentyabr 2013 08:30 (UTC+04:00)
İranda 5 nəfər edam edilib.
APA-nın məlumatına görə, Gilan vilayətində 3, Xuzistan vilayətində 1, Kohgiluyə və Boyer-Əhməd vilayətində də 1 nəfər asılıb.
Gilanda 1 nəfər qətl, 2 nəfər isə narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq ölüm cəzasına məhkum edilib. Hər üç şəxs sentyabrın 7-də edam edilib.
Xuzistan vilayətində 1 məhbus silahlı soyğunda günahlandırılaraq ölüm cəzasına məhkum olunub.
Kohgiluyə və Boyer-Əhməd vilayətində 1 nəfər gənc isə qətldə ittiham olunaraq edam edilib.
Qeyd edək ki, müttəhimlərin bəzilərinin ad və soyadlarının baş hərfləri və ya atalarının adları qeyd olunub.
AzNews.az