Saakaşvili Kazbek zirvəsini fəth etdi - Fotolar

10 Sentyabr 2013 08:20 (UTC+04:00)
Ekspediyada İran və Rusiya vətəndaşları da iştirak ediblər

Gürcüstan prezidenti Mixail Saakaşvili Böyük Qafqaz dağına ekspediyası çərçivəsində Kazbek zirvəsini fəth edib. Prezident Facebook səhifəsində 5047 metr hündürlüyə çıxdığını yazıb. Saakaşvili ilə yanaşı ekspediyada İran və Rusiya vətəndaşları da iştirak ediblər. Saakaşvilinin Kazbek zirvəsinə ekspediyası sentyabrın 2-də başlasa da pis hava şəraitindən yarımçıq dayandırılmışdı.

"Zirvəyə qalxan yolda geri qayıdan bir neçə qrupa rast gəlik. Onlar bizə də qayıtmağı məsləhət görürdülər. Ancaq bu təklif bizim ürəyimizcə olmadı", - deyə Saakaşvili yazıb.

Səlahiyyət müddəti bu ilin oktyabr ayında başa catacaq Gürcüstan prezidenti idmana bağlılığı ilə seçilir.

Bu ilin baharında Türkiyədə velosiped gəzintisinə çıxan Saakaşvili yıxılaraq qolunu üç yerdən sındırmışdı.(anspress)

AzNews.az