Rusiya Sumı şəhərinə zərbə endirib

18 Oktyabr 2025 21:45 (UTC+04:00)

Rusiya ordusu növbəti dəfə Sumı şəhərini dronlarla hədəfə alıb.

Aznews.az xəbər verir ki, bu barədə "RBC-Ukraine" məlumat yayıb.

Hücum nəticəsində şəhərin dəmiryolu infrastrukturuna ziyan dəyib.

Sərnişin vaqonlarının və vağzal binasının pəncərələri sınıb.

İlkin məlumatlara görə, xəsarət alan olmayıb.

Aznews.az