Yol polisi xüsusi rejimə keçir

10 Sentyabr 2013 08:22 (UTC+04:00)
"Adətən, hər dərs ilinin başlanması ilə əlaqədar yollarda təhlükəsizlik tədbirlərinin görülməsi və nəzarətin gücləndirilməsi nəzərdə tutulur".

Bu sözləri Modern.az-a açıqlamasında Bakı Şəhər Yol Polis İdarəsinin (BŞBPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. O, qeyd edib ki, təhlükəsizlik həftəsi və ya aylığı "Diqqət uşaqlar!" və s. kimi tədbirlərin keçirilməsi ilə bağlı göstəriş verilməlidir.

"Hər halda dərs ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrinin yerləşdiyi ərazilər tam polisin nəzarəti altında olacaq, nəzarət gücləndiriləcək, təhlükəsizlik tədbirləri həyata keçiriləcək. İstər asayişin qorunmasında, istərsə də küçə və yollarda yol hərəkətində təhlükəsizliyin təmin edilməsi istiqamətində addımlar atılacaq. Bu birmənalıdır".

Qeyd edək ki, 2013-2014-cü tədris ili sentyabrın 16-dan başlanılır.

AzNews.az