Azərbaycanda qablaşdırma üzrə 12 yeni dövlət standartı qəbul edilib

20 Oktyabr 2025 15:06 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən qablaşdırmaya dair 12 yeni dövlət standartı qəbul edilib.

Bu barədə AZSTAND-dan bildirilib.

Məlumata görə, sözügedən dövlət standartları aşağıdakılardır:

1. AZS EN 13193:2025 “Qablaşdırma - Qablaşdırma və ətraf mühit - Terminologiya”; 2. AZS EN 13427:2025 “Qablaşdırma - Qablaşdırma və qablaşdırma tullantıları sahəsində Avropa Standartlarının tətbiqinə dair tələblər”; 3. AZS EN 13428:2025 “Qablaşdırma - İstehsal və tərkiblə bağlı xüsusi tələblər - Mənbələrin azaldılması yolu ilə qabaqlayıcı tədbirlər”; 4. AZS EN 13431:2025 “Qablaşdırma – Enerjinin bərpası məqsədilə bərpa oluna bilən qablaşdırmaya dair tələblər, o cümlədən minimal istilik törətmə qabiliyyətinin müəyyən edilməsi”; 5. AZS EN 13432:2025 “Qablaşdırma - Kompost hazırlanması və biodeqradasiya yolu ilə bərpa oluna bilən qablaşdırmaya dair tələblər – Qablaşdırmanın yekun məqbulluğu üçün sınaq sxemi və qiymətləndirmə meyarları”; 6. AZS EN 13437:2025 “Qablaşdırma və materialın təkrar emalı - Təkrar emal üsullarına dair meyarlar - Təkrar emal proseslərinin təsviri və blok-sxemi”; 7. AZS EN 13439:2025 “Qablaşdırma - Enerjnin bərpa olunma dərəcəsi - Tərif və hesablama üsulu”; 8. AZS EN 13440:2025 “Qablaşdırma - Təkrar emal dərəcəsi - Tərif və hesablama üsulu”; 9. AZS EN 14045:2025 “Qablaşdırma - Verilmiş kompostlama şərtlərində qablaşdırma materiallarının praktikada tətbiq edilməsi mümkün olan sınaqlar çərçivəsində parçalanmasının qiymətləndirilməsi”; 10. AZS EN 14046:2025 “Qablaşdırma - Nəzarət edilən kompostlama şərtlərində qablaşdırma materiallarının son aerob biodeqradasiya qabiliyyətinin və parçalanmasının qiymətləndirilməsi - Ayrılan karbon qazının analizinə əsaslanan metod”; 11. AZS EN 14047:2025 “Qablaşdırma - Sulu mühitdə qablaşdırma materiallarının son aerob biodeqradasiya qabiliyyətinin müəyyən edilməsi - Formalaşan karbon qazının analizinə əsaslanan metod”; 12. AZS EN 14048:2025 “Qablaşdırma - Sulu mühitdə qablaşdırma materiallarının son aerob biodeqradasiya qabiliyyətinin müəyyən edilməsi - Qapalı respirometrdə oksigen tələbatının ölçülməsinə əsaslanan metod”.

Bu standartların tətbiqində əsas məqsəd təkrar istifadə oluna bilən qablaşdırmaların ətraf mühitə zərərli təsirlərinin minimuma endirilməsi, o cümlədən material dövriyyəsinə yenidən inteqrasiya oluna bilən qablaşdırma miqdarını artırmaqla tullantı poliqon sahələrinin azaldılmasına nail olmaqdır.

Qeyd edək ki, yeni dövlət standartları “Ekologiya” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK-09) qəbul edilib, AZSTAND tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Yeni dövlət standartları Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2023-cü il tarixli 3721 saylı Sərəncamı ilə təsdiq edilən “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın 8.2.2-ci bəndinin icra edilməsi məqsədilə Avropa Parlamenti və Şurasının 20 dekabr 1994-cü il tarixli 94/62/EC saylı “Qablaşdırma və Qablaşdırma Tullantıları haqqında” Direktivinin istinad standartlarının tərcüməsi əsasında işlənib hazırlanıb.