Rubio və Lavrov arasında telefon danışığı olub

20 Oktyabr 2025 20:21 (UTC+04:00)

Siyasi arenada kritik görüş...

Rusiya Xarici İşlər Nazirliyi Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı apardığını bildirib.

“Görüş zamanı Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında oktyabrın 16-da telefon danışığı zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün atılacaq konkret addımlar konstruktiv şəkildə müzakirə edilib”, - nazirliyin açıqlamasında bildirilir .

Görüşlə bağlı əlavə məlumat verilməyib.

Mövsüm,

AzNews.az