Nüvə materiallarının ixracına icazə veriləcək

10 Sentyabr 2013 08:43 (UTC+04:00)
Ermənistan Atom Elektrik Stansiyası nüvə materiallarının ixracı ilə bağlı lisenziya alacaq.

Ermənistanın Energetika və Təbii Sərvətlər Nazirliyi tərəfindən Ermənistan hökumətinə göndərilən izahedici məktubda göstərilir ki, hazırda atom stansiyasında yeni nüvə yanacağı ilə yeddi hazır kaset var ki, onlar da bura uzun müddət öncə gətirilib. Onlardan üçü 1979-cu, dördü isə 1987-ci ildə stansiyaya gətirilib. Kasetlər müəyyən çatışmazlara malik olduğundan onların istifadəsi qeyri-mümkündür. Onların Ermənistan AES-ində saxlanılması müəyyən çətinliklər yaradır. Hazırda Ermənistan AES onların Rusiyaya daşınması üçün "TVEL" ASC-lə saziş imzalayıb.

Lisenziyanın verilməsi barədə məsələ sentyabrın 13-də Ermənistan hökumətinin gündəliyinə daxil edilib.(trend)

AzNews.az