Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

20 Oktyabr 2025 21:21 (UTC+04:00)

Azərbaycan yunan-Roma güləşçisi Ziya Babaşov Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında finala yüksəlib.

Aznews.az xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz həlledici mərhələyə gedən yolda türkiyəli Servet Angiyə 2:1 hesabı ilə qalib gələrək ən azı gümüş medalı özü üçün təmin edib.

Qeyd edək ki, mundial oktyabrın 27-dək davam edəcək.

Aznews.az