Qızıl və gümüş yenidən bahalaşır

22 Oktyabr 2025 09:05 (UTC+04:00)

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,78% artaraq 4 141,34 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 1,33% artaraq 48,338 ABŞ dolları olub.