Yaqub Eyyubov “İstiqlal” ordeni ilə təltif edilib

22 Oktyabr 2025 11:56 (UTC+04:00)

Yaqub Abdulla oğlu Eyyubov “İstiqlal” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında böyük xidmətlərinə görə ordenlə təltif edilib.

AzNews.az