Taksi sürücüsü qəza törətdi

10 Sentyabr 2013 09:20 (UTC+04:00)
Azərbaycanda London taksisi piyadanın ölümü ilə nəticələnən yol qəzası törədib. Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi ötən gün saat 20.00 radələrində Mehdiabad-Fatmayı yolunda qeydə alınıb.

Salman Məmmədli oğlu Xudiyevin idarə etdiyi "90-AT-740" dövlət nömrə nişanlı "London Taxi" markalı avtomobil yolu keçən 40-50 yaşlarında naməlum kişini vurub. Piyada hadisə yerində ölüb.

Hazırda ölən şəxsin kimliyi araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az