Bir vəkilin fəaliyyəti dayandırılıb

22 Oktyabr 2025 14:48 (UTC+04:00)

Yol verdikləri intizam pozuntularına görə 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb.

Bu barədə Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclasında qərar qəbul olunub.

Qərara əsasən, 3 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə irad bildirilib və 1 vəkilə isə töhmət verilib.