Azərbaycanda qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün 2019-cu ildən etibarən tətbiq edilən gəlir vergisi güzəşti 2026-cı ildə ləğv ediləcək. Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, 2026-cı ildə aylıq gəliri 2500 manata qədər olanlar əmək haqqının 3 faizini, 2027-ci ildə 5 faizini, 2028-ci ildə isə 7 faizini vergi kimi ödəyəcəklər. Daha yüksək gəlir qrupları üçün nisbətlər tədricən artacaq, beləliklə aylıq gəliri 8000 manatdan yuxarı olanlar özlərinin artıq hissələrindən 14 faizədək vergi ödəyəcəklər. Layihə 2026-cı ilin büdcə zərfinə daxil edilərək Milli Məclisdə müzakirə olunacaq və Prezident tərəfindən təsdiqləndiyi halda quvvəyə minə bilər.
Bu dəyişikliyin mahiyyəti, əslində, 2019-cu ildə iqtisadi canlanma və formal əmək bazarının genişləndirilməsi məqsədi ilə tətbiq edilmiş gəlir vergisi güzəştinin vaxtının bitməsi ilə əlaqəlidir. Həmin il dövlət qeyri-neft sektorunda formal iş yerlərinin artırılmasını stimullaşdırmaq üçün əmək haqqının vergi yükünü azaldaraq sahibkarların əlverişli mühitdə fəaliyyət göstərməsinə imkan yaratmışdı. Beş ildən artıq davam edən bu sıfır faizli və ya azaldılmış gəlir vergisi rejimi iqtisadiyyatın qeyri-neft hissəsində dinamizmin formalaşmasına, kiçik və orta biznesin çoxalmasına, şəffaf maaş sistemlərinə keçidə xeyli təsir göstərmişdi.
Hazırda dövlətin bu güzəşti davam etdirməməsinin bir neçə iqtisadi izahı var. Əvvəla, 2026-cı ildə bütün dünya üzrə fiskal siyasətlər sıxılaşır. Beynəlxalq Valyuta Fondu və OECD kimi qurumlar xüsusən pandemiyadan sonrakı illərdə bütcə balanslarını qorumaq, sosial proqramlara dayaq saxlamaq üçün vergi bəzəsinin genişləndirilməsini vacib hesab edir. Azərbaycanda da sosial xərclərin artması, sosial fondlara yükün də artması fonunda, vergi daxilolmalarının artması dövlətin fiskal dayanaqlılığı baxımından zəruri hesab edilə bilər.
Eyni zamanda bu addım iqtisadiyyatın yetkinləşmə mərhələsinin bir hissəsi kimi qiymətləndirilir. Qısa müddətli vergi təşviqləri iqtisadi sektorları canlandırsa da, uzun müddətdə fiskal çərçivənin sabitləşdirilməsi vacibdir. Bu baxımdan, tədricən artan faiz sistemi iqtisadi subyektlər üçün adaptasiya dövrü yaradaraq kəskin yüklənmənin qarşısını alır. Məsələn, 3 faizli dərəcə 2026-cı il üçün yumşaq keçid rolunu oynayacaq, bu da bazarda psixoloji sabitliyi qorumaq baxımından vacibdir.
Regional müqayisə baxımından da Azərbaycanın addımı qlobal tendensiyalara uyğundur. Qazaxıstan, Gürcüstan və Serbiya kimi iqtisadiyyatlar 2020-2024 dövründə oxşar tətbiqlərə gedərək səfərbərlik güzəştlərini tədricən azaldıb. Bu yanaşma beynəlxalq maliyyə institutları tərəfindən "vergi bazasının optimallaşdırılması" siyasəti kimi qiymətləndirilir. Bu siyasətin məqsədi daha böyük fiskal dayanaqlılıq yaratmaq, sosial proqramlara resurs ayırmaq və xarici borc asılığını azaltmaqdır.
Bununla yanaşı, əlavə vergi güzəştlərinin bitməsi bəzi sosial təsirlər yarada bilər. Aylıq 2000-2500 manat aralığında gəlir qazanan şəxslər üçün 3 faizlik vergi ilk baxışda kiçik görünə bilsə də, ölkə miqyasında bu, real sektorun xərclərində artım yarada bilər. Digər tərəfdən, bu vergi daxilolmaları sosial fondlara, səhiyyə və təhsil kimi prioritet sahələrə əlavə resurs kimi istiqamətləndirilə bilər. Beləcə, dövlət sosial rifah mexanizmlərini bərkidərək bu yükün balanslı paylanmasını təmin etmək imkanı qazanacaq.
Uzun müddətdə yeni vergi strukturu qeyri-neft sektorunda daha şəffaf və hesabatlı sistem formalaşdırmaq potensialına malikdir. Rəqəmsal iqtisadiyyatın genişlənən payı, elektron vergi hesabatlarının təkmilləşdirilməsi və sahibkarın dövlətlə əlaqəsinin sadələşdirilməsi fonunda bu cür addımlar daha sistemli vergi mühitinin yaradılmasına xidmət edir. Nəticədə, iqtisadiyyatın formal seqmentində sabit vergi yükü və davamlı büdcə axını formalaşa bilər.
Qlobal praktika göstərir ki, bu cür dəyişikliklərin sosial-iqtisadi effekti daha çox orta müdətdə hiss olunur. Vergilərin artması qısa dövrdə istehlak davranışına məhdud təsir göstərsə də, dövlətin məqbul fiskal idarəetməsı və şəffaf xərcləmə siyasəti sayəsində iqtisadi dayanaqlılıq əlavə inam yarada bilər. Azərbaycanın gəlir vergisi siyasətindəki bu transformasiya yeni iqtisadi tarazlıq modelinə keçidi ifadə edir və dövlətin sosial rifah, əmək bazarı ilə fiskal siyasət arasındakı balansı qoruma niyyətini əks etdirir.
Nuray,
Aznews.az