Tehran ABŞ- la nüvə danışıqlarına qayıtmayacaq , nə qədər ki, Vaşinqton əsassız tələblər irəli sürəcək.
Bu barədə “The Times of Israel” qəzeti İranın xarici işlər naziri Abbas Əraqçiyə istinadən yazıb.
“ABŞ-la davam edən danışıqlar, eləcə də Nyu-Yorkda aparılan danışıqlar ABŞ-ın həddindən artıq tələbləri səbəbindən dayandırıldı və irəli getmədi”, - deyə Əraqçi bildirib.
Həmçinin qeyd olunur ki, İran nüvə silahı əldə etmək cəhdlərini ardıcıl olaraq təkzib edir.
Mövsüm,
AzNews.az