Beynəlxalq Cinayət Məhkəməsi (ICC) "məhkəmə prosedurları və məhkəmə işi fenomenini alçaldan" siyasi qurumdur.
Macarıstanın xarici işlər naziri Peter Siyarto CNN telekanalına müsahibəsində bu barədə bildirib.
“Məlum oldu ki, bu, siyasi institutdur və biz məhkəmənin siyasi institut kimi fəaliyyət göstərməsini qəbul edə bilmərik. Ona görə də onu tərk etmək qərarına gəldik”, - deyə Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Mövsüm,
AzNews.az