Ekvadorda 5,5 bal gücündə zəlzələ baş verib

22 Oktyabr 2025 10:17 (UTC+04:00)

Ekvadorun cənubunda zəlzələ baş verib.

ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, yerli vaxtla saat 19:05-də ölkənin cənubundakı El Oro əyalətindəki Arenilas şəhərindən 11,5 kilometr cənub-şərqdə 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ 73,6 kilometr dərinlikdə baş verib.

Zəlzələdə insan tələfatı və dağıntılarla bağlı hələlik heç bir açıqlama verilməyib.

Zəlzələ Ekvadorun Quayas əyalətində və Peru sərhədinə yaxın olan Loja əyalətində də hiss olunub.

Ekvador Geofizika İnstitutu zəlzələnin maqnitudasının 6,1 olduğunu açıqlayıb.

Mövsüm,

AzNews.az