19-cu sanksiyalar paketi çərçivəsində Aİ Rusiyaya duz və sement ixracını qadağan edib

23 Oktyabr 2025 19:30 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) 19-cu anti-Rusiya sanksiyalar paketi çərçivəsində Rusiyaya duz, sement, kükürd, torpaq və daşın ixracını məhdudlaşdırıb.

Bu, Aİ Şurasının saytında reqlamentin yenilənmiş əlavəsi ilə təsdiqlənib .

Qeyd olunur ki, qadağan olunmuş malların siyahısı 25 və 26-cı bəndlərə daxil edilib, sonuncu bənd filizləri, şlakları və külləri əhatə edir. Sanksiyalar kükürd, suvaq materialları və əhəng ixracına da şamil edilir.

Mövsüm,

AzNews.az