Bakıda yeni məktəb yaradıldı

10 Sentyabr 2013 09:48 (UTC+04:00)
Nazirlər Kabineti Bakı şəhər Qara Qarayev adına 8 nömrəli onbirillik Musiqi Məktəbinin bazasında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin yaradılması haqqında qərar verib.

Lent.az-ın verdiyi məlumata görə, qərarda qeyd edilib ki, Bakı şəhər Qara Qarayev adına 8 nömrəli onbirillik Musiqi Məktəbinin bazasında, mövcud ştat vahidləri dairəsində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi yaradılsın.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin maliyyələşdirilməsi dövlət büdcəsinin Bakı şəhəri üzrə yerli xərclərinin "Təhsil" bölməsində nəzərdə tutulmuş müvafiq xərcləri hesabına həyata keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

AzNews.az