ABŞ prezidenti Donald Tramp Kanada ilə bütün ticarət danışıqlarının bitdiyini elan edərək, ölkəni rüsumlara qarşı saxta reklam yaymaqda ittiham edib.
“Kanada aldadıcı şəkildə [ABŞ-ın keçmiş prezidenti] Ronald Reyqanın tariflər haqqında mənfi danışdığı yalançı reklamdan istifadə etdi”, o, Truth Social-da yazıb.
Tramp Vaşinqtonun milli təhlükəsizliyi və iqtisadiyyatı üçün tariflərin əhəmiyyətinə işarə edərək, Kanadanın hərəkətini hədsiz adlandırıb.
Mövsüm,
AzNews.az