Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılır

24 Oktyabr 2025 12:25 (UTC+04:00)

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq, 25 oktyabr saat 00:00-dan etibarən Bakı Şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində nəqliyyat vasitələrinin hərəkəti işlər tamamlanana qədər tam məhdudlaşdırılacaq.

Sürücülər təmir müddətində alternativ olaraq Müzəffər Nərimanov küçəsindən istifadə edə bilərlər.