Azərbaycanda korporativ istiqrazlara dövlət zəmanətinin verilməsi mexanizminin istifadəyə verilməsi maliyyə bazarının struktur dəyişikliklərinin mühüm istiqamətini təşkil edir. Yeni mexanizmə əsasən, İpoteka və Kredit Zəmanət Fondu korporativ istiqraz emissiyalarına 60 faizə qədər zəmanət təminatı verə biləcək. Bu addım, sahibkarlıq subyektlərinin maliyyələşmə imkanlarını geniləndirmək, eyni zamanda istiqraz bazarında aktivliyi artırmaq üçün sistemli həll kimi qiymətləndirilir. Son illər bu bazarda 13 faizi ötən artım qeydə alınsa da, təminat mexanizmlərindəki çatinliklər və risk faktorları korporativ istiqrazlara maraqı məhdud saxlayırdı.
Qlobal praktika göstərir ki, istiqraz bazarlarının sürətli inkişafı zəmanət və səgortalanma mexanizmlərinin səviyyəsi ilə birbaşa əlaqəlidir. Məsələn, Avropa Birliyində korporativ istiqrazlara verilən dövlət və ya yarı-dövlət zəmanətləri nətəcəsində kiçik və orta biznesin kapital bazarına çıxış imkanları xeyli artıb. Məsələn, Almaniyada bu tətbiq kredit borcunun diversifikasiyasına və maliyyə asılılığın azaldılmasına imkan yaradıb. Eyni tendensiya Yaponiya və Cənubi Koreyada da izlənir: burada istiqraz bazarları bank kreditlərinin alternativi kimi qısa mýdətdə deyil, uzunmüdətli kapital cəlb etmə əsaslarının formalaşmasına xidmət edib. Bu baxımdan, Azərbaycanda tətbiq edilən yeni mexanizm iqtisadi strukturun daha dayanaqlı formaya keçid prosesinin təbii təzahürü kimi qiymətləndirilməlidir.
Azərbaycan bazarının spesifik cəhəti ondan ibarətdir ki, burada maliyyələşmənin əsas hissəsi bank sektorunun payına düşür. Bu isə istiqraz bazarının nisbətən dar qalmasına, kapital bazarının rolu isə gərəkli səviyyədə olmamasına səbəb olurdu. Dövlət zəmanəti mexanizmi sayəsində risk payının 60 faizi Fondda toplandığı üçün investor tələbatının artması, istiqraz faizlərinin nisbətən optimallaşması və şirkətlərin maliyyə resurslarına daha çatılabilir formada yönəlməsi ehtimalı yüksəkdir. Burada məqsəd riskin tam aradan qaldırılması deyil, bazarın risk idarəetmə mədəniyyətinin formalaşmasına təkan verməkdir.
Beynəlxalq nümunələrdə olduğu kimi, bu cür təminat mexanizmləri investor etibarının formalaşmasında da mühüm amildir. Çünki dövlət zəmanəti məsuliyyətli emissiya praktikasını tələb edir, yəni şirkətlər maliyyə intizamına daha ciddi riayət etməyə məcbur olur. Eyni zamanda bu addım Azərbaycanda kapital bazarının beynəlxalq investorlar üçün daha cəlb edici hala gəlməsinə də təkan verə bilər. İqtisadiyyatın qeyri-neft sektorunda ixtisaslaşmış kiçik və orta sahibkarlar üçün istiqraz emissiyası bank kreditlərinə alternativ bir maliyyələşmə vasitəsinə çevrilə bilər. İKZF-nin rolu burada tənzimləyici deyil, stimullaşdırıcı xarakter daşıyır ki, bu da bazar iqtisadiyyatı prinsipləri ilə tam uzlaşır.
Hazırda istiqraz bazarının illik həcmindəki artım 13 faizi ötürsə də, bu potensialın sadəcə kiçik hissəsini əks etdirir. Yeni mexanizmənin effektivliyi, tətbiqin ardıcıl və mərhələli aparılması ilə əlaqəli olacaq. Qlobal trendlərə baxdıqda, dövlət zəmanətli istiqrazların müvafiq qanunvericilik və nəzarət mexanizmləri ilə təmin olunması, sonda bazarın özü-tənzimləmə qabiliyyətinin formalaşmasına gətirib çıxarır. Bu da uzunmüdətli baxımdan maliyyə sabitliyinin qorunması və kredit risklərinin paylanması baxımından əhəmiyyətli addımdır.
Belələklə, korporativ istiqrazlara dövlət zəmanəti mexanizminin istifadəyə verilməsi təkcə maliyyə bazarının deyil, eyni zamanda biznes mədəniyyətinin inkişafını da stimullaşdırır. Bu, sahibkarların kapital bazarları ilə əlaqələrini dərinləşdirməklə yanaşı, iqtisadiyyatın dayanaqlı maliyyə strukturları üzerində qurulmasına imkan yarada bilər. Azərbaycanın makroiqtisadi sabitliyini qorumaqla bazar diversifikasiyasına nail olmaq strategiyası baxımından bu tətbiqin uzunmüdətli məhsuldarlıq effekti yaratması təbii görünür.
Nuray,
Aznews.az