Buraxılış imtahanlarına dair yeni təklif

10 Sentyabr 2013 10:47 (UTC+04:00)
"Yekun attestasiya hansı təşkilat tərəfindən aparılırsa, məsuliyyət də onun üzərinə düşməlidir"

"Məzunların yekun attestasiyası, yəni buraxılış imtahanları TQDK tərəfindən aparılır. Əgər yekun attestasiya onlar tərəfindən aparılırsa və medallar da yekun attestasiyasının yekunlarına əsasən verilirsə, o qurumun kiməsə irad tutmasının heç bir əsası yoxdur". Lent.az-ın məlumatına görə, bunu Bakı Şəhər Təhsil İdarəsinin müdir əvəzi Məhəmməd Bayramov bildirib.

M. Bayramovun fikrincə, yekun attestasiya tək Azərbaycan dili və riyaziyyat fənləri üzrə aparılmamalıdır. Orada təbiət elmləri də əhatə olunmalıdır: "Bəs, məktəbin fəaliyyəti yekun attestasiyada necə qiymətləndirilir? Demək olar ki, qiymətləndirilmir. Demək istəmirəm ki, bizim nöqsanlarımız yoxdur. Amma yekun attestasiya hansı təşkilat tərəfindən aparılırsa, məsuliyyət də onun üzərinə düşməlidir".

AzNews.az