Cənubi Koreya hakimiyyəti ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında Koreyalararası sərhəddə mümkün görüşlə bağlı rəsmi məlumata malik olmadıqlarını, lakin belə bir hadisəyə hazır olduqlarını bildiriblər.
Aznews.az xəbər verir ki, bunu Koreya Respublikası Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Vi Son Lak deyib.
Onun sözlərinə görə, rəsmi Seul yalnız Trampın Şimali Koreya lideri ilə görüşü barədə bəyanatlardan xəbərdardır, lakin onun hazırlandığına dair hələlik təsdiq almayıb.
Donald Trampın APEC tədbirləri çərçivəsində oktyabrın 29-30-da Koreya Respublikasına səfər edəcəyi gözlənilir, lakin 31 oktyabr-1 noyabr tarixlərində keçiriləcək sammitin özündə iştirak etməyəcək.