Azərbaycanın Təbrizdəki baş konsulu geri çağırılıb

27 Oktyabr 2025 16:35 (UTC+04:00)

Əliyənnağı Mehti oğlu Hüseynov İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.

Aznews.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.