Son illərdə əsas narahatlıq doğuran məqam oğlanların nəticələridir. Bu gün qızların nəticələrində müəyyən irəliləyiş müşahidə olunur, lakin oğlanlarda müəyyən geriləmələr var.
Aznews.az xəbər verir ki, bu fikirləri bu gün elm və təhsil naziri Emin Əmrullayev “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025”in təqdimat mərasimində deyib.
O bildirib ki, bu baxımdan son dövrlərdə oğlan uşaqlarının davranış tərzi və digər uşaqlarla münasibətləri müəyyən mənada narahatlıq doğurur: "Amma bu hər bir ailənin, xüsusilə də valideynlərin məsuliyyətidir. Hər bir evdə uşağın elm və təhsilə marağını ilk növbədə valideyn formalaşdırmalıdır".