Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bəyan edib ki, ölkə təhlükəsizliyinə təhlükə yaranarsa, Rusiya hava hədəflərini vurmağa hazırdır.
“Əgər dərhal təhlükə yaranarsa, onları vuracağıq və bizdə bütün protokollar və bütün imkanlar var, çünki biz 20 ildən artıqdır ki, NATO üzvüyük", - deyə Tsahkna deyib.
Nazir Rusiyanın Estoniyanın hava məkanını pozması hadisəsini də xatırladıb. Tsahkna bəyan edib ki, NATO təyyarələri cavab verməyə hazırdır və Estoniya milli təhlükəsizlik və suverenliyə təhlükə yaranarsa dərhal hərəkətə keçməyə hazırdır.
Mövsüm,
AzNews.az