Zəlimxan Yaqubun həyatı təhlükədə: Donor tapılmır

10 Sentyabr 2013 11:07 (UTC+04:00)
"Mənim nə vaxt əməliyyat olunacağım hələ bilinmir. Donor yoxdur. Bəlkə də əməliyyat olmadım".

Bu sözləri AzNews.az-a açıqlamasında xalq şairi Zəlimxan Yaqub deyib. O, ötən il böyrəklərinin əməliyyatla çıxarılmasından sonra səhhətinin indiki vəziyyətilə bağlı məlumat verib.

Z.Yaqubun sözlərinə görə, ona ötən il əməliyyat olunduqda bir il sonra yenidən əməliyyat edilərək, böyrək qoyulacağı bildirilsə də, həkimlər nəzərdə tutulan əməliyyata icazə vermir: "Həkimlər deyir olmaz, səhhətində problem var, daha sonra yenidən baxarıq. Oktyabrın ortalarında məhz bu məqsədlə yenidən xaricə gedəcəyəm. Həkimlərlə mütəmadi əlaqə saxlayıram. Gərək bir az özümü qoruyam".

Xalq şairi onu da bildirib ki, səhhətində problemlər yaransa da, bu, onun yaradıcılığına mənfi təsir göstərməyib: "Bilirsiniz, nələr etmişəm?! Yaradıcılığım çox yüksək səviyyədə davam edir. Yaxın günlərdə mətbuatı izləyin".

Bahar Rüstəmli
AzNews.az