Ebru Gündeş və Tarkan Bakıya gəlir

10 Sentyabr 2013 11:32 (UTC+04:00)
Təşkilatçı Nahid Emiloğlu yerli müğənnilərlə işbirliyinə son qoyub.

Axşam.az-ın məlumatına görə, bu haqda açıqlamanı təşkilatçı "MUZ-TV"yə müsahibəsində bildirib.

O, yenidən əcnəbi müğənnilərlə çalışmağa başlayacağını bildirib:

"Öz sənətçilərimizlə bağlı layihələrə son qoydum. Bizimkilərlə işləmək alınmır. Yenə də öz işimə qayıdıram. Qurban Bayramı ərəfəsində Ebru Gündeşin Bakı konsertini təşkil edəcəm. Bu, oktyabrın sonuna təsadüf edir. Tarkanla bağlı konsert isə yenə də qüvvədədir. Bu il baş tutacaq".

Təşkilatçı meyxanaçı Vüqarın "Yaşıl Teatr"da keçirilməli olan konsertini təxirə salma səbəbini də açıqlayıb:

"Konsertin sırf meyxana üzərində qurulmasını istəmədim. Mənim planımda Vüqarın çalışdığı Bakı Estrada Teatrı ilə birlikdə tamaşa hazırlamaq var idi. Bu isə həm vaxt aparırdı, həm də açıq havada mümkün deyildi. Ona görə də qərara gəldim ki, konserti ilin sonunda Heydər Əliyev Sarayında gerçəkləşdirim".

AzNews.az