İlham Əliyevin Qarabağa növbəti səfəri

28 Oktyabr 2025 19:04 (UTC+04:00)

Torpaqlarımızı işğaldan azad edən, tarixi "Şərq məsələsi"ni bitirən, Qarabağı yenidən quran, Azərbaycanın dövlət müstəqilliyinə tam sahib çıxaraq arxitekturası çökmüş dünyada yeni tərəqqi modeli yaradan bir Liderə- İlham Əliyevə qarşı çevriliş planı hazırlamaq hələ bir yana dursun, ondan hansısa dövlətə donos yazmaq belə milli iradəmizi heçə saymaq, istiqlaliyyət uğrunda verdiyimiz on minlərlə şəhidin qanını satmaqdır.

Odur ki, yayılan məlum məktubda hakimiyyətin ələ keçiriləcəyi təqdirdə yaradılması planlaşdırılan qurum "dövlət" deyil, "Vassallar Şurası" kimi oxunmalıdır. İkinci Qarabağ savaşından sonra birmənalı şəkildə prezident İlham Əliyevin dayanıqlı elektoratına çevrilmiş Qarabağ və Şərqi Zəngəzur əhalisinin süni şəkildə qıcıqlandırılması da məhz vassalların maraqlarına xidmət edən bir texnologiya kimi görünür. İndi daha aydın görünür hər şey. Çünki əlahəzrət zaman hər şeyi öz yerinə qoyur, bütün fitnələri ifşa edir.

Bir sual həmişə aktual olub və müzakirə doğurub: Tarix lideri yaradır, ya lider tarixi?

Mən adətən bu suala daha fərqli aspektdən- sosiologiyadan yanaşıram.

Zənnimcə, Lideri xalqın, xalqı Liderin potensialı yaradır.

Dünyada bu gün də davam edən millətləşmə çağında qarşısına qoyduğu ali məqsədə tam nail olan cəmi bir xalq, cəmi bir lider var- Azərbaycan xalqı və İlham Əliyev!

İlham Əliyev bu gün yenə Qarabağda- Cəbrayıldadır.

Hər kəs bu səfəri fərqli açılardan dəyərləndirə və təqdir edə bilər. Normaldır.

Zira, mənim fikrimcə, İlham Əliyevin Qarabağa növbəti səfəri həm Azərbaycanın dövlət siyasətininin sistemliliyinin, ardıcıllığının və davamlılığının təzahürüdür, həm də bütün bunlara olan tarixi ehtiyacımızın.

İndi bütün bu zərurətləri ən yeni tariximizin çağırışları qarşısında bir daha nəzərdən keçirək:

Qarabağ Azərbaycandır!

Və Qarabağ İlham Əliyevin sayəsində Azərbaycandır!

Qarabağsız Azərbaycan yoxdur!

Deməli, Azərbaycan İlham Əliyevin sayəsində Azərbaycandır!

Taleh ŞAHSUVARLI