ANS-dən daha iki nəfər getdi

10 Sentyabr 2013 12:03 (UTC+04:00)
ANS TV-nin ŞouBiz verilişinin layihə rəhbəri və aparıcısı hər kəsin Xanım xanım kimi tanıdığı Xanım Yadigarlı telekanaldan istefa verib.

"Qafqazinfo"ya daxil olan xəbərə görə, ərizəsini artıq rəhbərliyə təqdim edən 17 yaşından ANS-də çalışan aparıcının sözlərinə görə, bu kollektiv onun üçün ailə olub: "Mən ANS-də yetişmişəm, orda çox şey öyrənmişəm və öz istəyim ilə kanaldan ayrılıram. Rəhbərliklə aramda heç bir problem yaşanmayıb".

Qeyd edək ki, Xanım Yadigarlı bir müddət öncə holivud ulduzu Mila Yovoviçdən müsahibə alan ilk jurnalist olub. Və 2 ilə yaxındır ki, ANS telekanalında çalışır.

ANS-dən istefa verən digər əməkdaş isə "Düzbucaq" verilişinin aparıcısı Natiq Nailəoğludur.

AzNews.az