Parçalanmış qadın meyitinin kimliyi bəlli deyil - Qubada

10 Sentyabr 2013 12:17 (UTC+04:00)
Quba-Xınalıq yolununun 39-cu kilometrliyində, Cek kəndi ərazisində dərədə aşkarlanan qadın meyitinin şəxsiyyətini müəyyənləşdirmək hələ ki mümkün olmayıb.

Trend Regional TV-yə xəbər verir ki, Quba Rayon Polis şöbəsindən bildirilib ki, sentyabrın 3-də aşkarlanan meyitin tanınmaz halda olması qadının şəxsiyyətinin müəyyənləşdirməsini çətinləşdirir. Məsələ burasındadır ki, meyit aşkarlanarkən hissələrə ayrılmış şəkildə olub.

Onun başı, qolları və ayaqları təkərli əl çantasında, bədəni isə digər çantada olub. Həm də ölüm faktının üstündən çox vaxt keçdiyindən meyitdə çürümə prosesi gedib. İlkin ehtimala görə, qadın 2-3 ay bundan əvvəl qətlə yetirilib.

Hazırda meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində polis əməkdaşları tərəfindən operativ əməliyyat tədbirləri davam etdirilir. Naməlum qadın meyitinin yanında mixəyi rəngli qadın donu, müxtəlıif rəng zolaqlı qadın koftası, qara rəngli qadın şalvarı aşkar edilib.

Meyitin əlamətlərinə gəlincə, yaşı təxminən 30-a qədər olan qadının boyu 155 santımetrdir. Saçları bir hörükdə olmaqla 65-70 sm. uzunluğunda tünd şabalıdı rəngdədir. Bütün dişləri sağlam vəziyyətdə olmaqla yerindədir.

Faktla bağlı hər hansı informasiyası olan şəxslərdən (023) 335-35-11; 333-37-02; (055) 361-20-03 ; (050) 549-41-52 nömrəli telefonlara zəng vuraraq məlumat vermələri xahiş olunur.

AzNews.az