Qarpız satan azərbaycanlı qətlə yetirildi - Ukraynada

10 Sentyabr 2013 12:32 (UTC+04:00)
Kiyev ətrafında, Odessa şosesində qarpız satan azərbaycanlı qətlə yetirilib. APA-nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, 52 yaşlı kişinin meyiti mikroavtobusda aşkarlanıb. Onun üzərindəki 3 min qrivna pulun oğurlandığı bildirilir.

Məhsulun sahibi deyib ki, cinayəti mərhumun kömək üçün işə götürdüyü 2 nəfər törədib. Onlar özləri bu işdə çalışmaq istədiklərini deyiblər.

AzNews.az