Fransanın paytaxtı Parisdəki Luvr muzeyində baş verən oğurluqla bağlı istintaq davam edir.
Paris prokuroru Laure Beccuau oktyabrın 19-da Fransanın məşhur Luvr muzeyində baş verən quldurluqla bağlı mətbuat konfransı keçirib.
Beccuau, oğurluqla bağlı aparılan istintaq çərçivəsində əsas şübhəli də daxil olmaqla daha beş nəfərin saxlanıldığını bildirib.
Baş şübhəli haqqında prokuror Laure Beccuau , "Biz onu bir müddətdir izləyirik",-deyə qeyd edib.
Bazar günü saxlanılan iki şübhəli hadisədə iştiraklarını qismən etiraf ediblər.
Mövsüm,
AzNews.az