ABŞ Suriyanın İŞİD-ə qarşı koalisiyaya qoşulacağını gözləyir

1 Noyabr 2025 21:00 (UTC+04:00)

Vaşinqton administrasiyası Suriya hakimiyyətinin ABŞ-ın rəhbərlik etdiyi İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyaya qoşulacağını elan edəcəyini gözləyir.

Aznews.az xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfiri və Suriyə üzrə xüsusi nümayəndəsi Tom Barrak Bəhreyndə keçirilən “Manama Dialoqu” forumunda çıxışı zamanı bildirib.

Diplomatın sözlərinə görə, Suriya hökuməti artıq müvafiq sənədi imzalamağa hazırlaşır.