Türkiyədə FETÖ ilə əlaqəli zabitlər saxlanılıb

1 Noyabr 2025 21:17 (UTC+04:00)

Türkiyədə FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən iki yüksək rütbəli zabit saxlanılıb.

Bu barədə "Hürriyyet" məlumat yayıb.

Bildirilib ki, FETÖ/PDY-nin üzvləri yunan adalarına qaçmaq istəyərkən Bodrum sahillərində saxlanılıblar.

Onlardan ikisi polkovnik, dördü baş leytenant, ikisi isə gizirdi. Eyni zamanda saxlanılardan biri qaçışı təşkil edən şəxsdir.

AzNews.az