ABŞ-nin Türkiyədəki səfiri: Xəzər dənizindən Aralıq dənizinə qədər əməkdaşlıq görəcəksiniz

1 Noyabr 2025 21:47 (UTC+04:00)

Xəzər dənizindən Aralıq dənizinə qədər əməkdaşlıq görəcəksiniz.

Aznews.az "Haber Global"a istinadən xəbər verir ki, bunu ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Bəhreynin paytaxtı Manamada təşkil olunan Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun forumunda çıxışında deyib.

O bildirib ki, ABŞ Prezidenti Donald Tramp hər yerdə "şahmat taxtasını" dəyişib.