İran ölkənin şimalında AES tikintisinə başlayıb

2 Noyabr 2025 17:05 (UTC+04:00)

İran şimal vilayəti olan Gülüstanda daha bir atom elektrik stansiyasının (AES) tikintisi layihəsinə başlayıb.

Aznews.az xəbər verir ki, bu barədə İran İslam Respublikası Atom Enerjisi Təşkilatının vitse-prezidenti və sədri Məhəmməd Eslami bildirib.

"Böyük səylə uyğun torpaq sahəsi taparaq Gülüstan vilayətinin sahilində atom elektrik stansiyasının tikintisi layihəsinə başlaya bildik", - o deyib.