Ermənistanda avtobus qəzasında xəsarət alanların sayı 30-a çatıb

2 Noyabr 2025 22:17 (UTC+04:00)

Ermənistanın şimal-şərqindəki Tavuş vilayətində sərnişin avtobusunun aşması nəticəsində xəsarət alanların sayı 30-a çatıb.

"Report"un yerli mediaya istinadən xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Altı yaralının İrəvana aparılacağı bildirilir; yaralılardan birinin vəziyyəti sabit ağırdır və əməliyyat olunub.

Qeyd edək ki, qəza Aqartsin monastır kompleksinin yaxınlığında qeydə alınıb. İrəvan Dillər Universitetinin tələbələrini daşıyan avtobus naməlum səbəbdən yoldan çıxaraq dərəyə aşıb.

Hadisə yerinə fövqəladə yardım xidmətləri göndərilib, hadisənin səbəbləri araşdırılır.

AzNews.az