Əfqanıstanda güclü zəlzələ olub, ölənlər var

3 Noyabr 2025 10:29 (UTC+04:00)

Əfqanıstanda 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

Aznews.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat verib.

Zəlzələnin episentrinin Hulm bölgəsində 35 kilometr cənub-qərbdə olduğu bildirilir.

Mərkəzinin 10 kilometr dərinlikdə olduğu qeyd edilib.

Bölgə rəsmilərinin açıqlamasına görə zəlzələ nəticəcində təxminən 150 nəfər yaralanıb.

Ölənlərin sayı isə 20-yə çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

AzNews.az