TQDK nəticələri nazirliyə təqdim etdi

10 Sentyabr 2013 14:08 (UTC+04:00)
Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə test imtahanının nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013-cü il sentyabrın 10-da Daxili işlər orqanlarında vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

Nəticələr imtahan keçirilən gün saat 15:30-dan etibarən TQDK-nın internet səhifəsində yerləşdirilmiş və hər bir namizədin imtahan nəticələrinə dair məlumat vərəqi Daxili İşlər Nazirliyinə təqdim olunub.

Müsabiqədə iştirak etmək üçün 80 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfəri imtahanda iştirak etməyib. Namizədlərdən 36 nəfəri müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıblar. İmtahanda ən yüksək nəticə 90 bal olub.

AzNews.az