Baş redaktorun istintaqı başa çatıb

10 Sentyabr 2013 14:10 (UTC+04:00)
"P.S Nota" qəzetinin və portalının redaktoru Sərdar Əlibəylinin istintaqı tamamlanıb.

Bu barədə məlumatı AzNews.az-a baş redaktorun vəkili Elçin Sadıqov verib. E.Sadıqovun sözlərinə görə, hazırda istintaq materialları ilə tanışlıq mərhələsi başlayıb: "Həm Sərdar Əlibəyli, həm digər vəkil Samir İsayev, həm də mən istintaq materialları ilə tanış oluruq. Cəmi bir cild materialdır, tanışolma mərhələsi uzun davam etməyəcək. Ancaq 3 nəfər olduğumuza görə müəyyən qədər zaman apara bilər".

Vəkil S.Əlibəylinin istintaq müddətində ailəsi ilə görüşmədiyini də bildirib. Qeyd edib ki, S.Əlibəyli ailəsi ilə görüşmək istədiyini bildirsə də, ona bu imkan yaradılmayıb. Xatırladaq ki, baş redaktora Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə ittiham elan olunub. Sərdar Əlibəyliyə qarşı vətəndaşa zor tətbiq etmə və bədən xəsarətləri yetirmək ittihamı ilə cinayət işi açılıb.

Elnarə
AzNews.az