Arvadının sevgilisini doğradı - FOTO
10 Sentyabr 2013 14:19 (UTC+04:00)
İstanbulda dəhşətli qətl hadisəsi baş verib. Kişi arvadının sevgilisini öldürərək cəsədini doğrayıb və tikələri salafan torbalara yığıb.
Belə ki, 27 yaşlı Cüneyt Durmuş arvadı 25 yaşlı Şeyma Durmuşun sevgilisi 26 yaşlı Fatih Memişi öldürüb. Daha sonra Cüneyt qayınatası 46 yaşlı Məhərrəm Şahini köməyə çağırıb və onun köməkliyi ilə cəsədi hissələrə doğrayıb. Sonra tikələri salafan torpalara dolduraraq basdırmaq istəyib. Lakin polis onları iş başında tutub.
Hadisəyə səbəb isə 25 yaşlı Şeyma Durmuşun "Facebook" sosial şəbəkədə Fatih Memişlə danışması olub. Bundan şübhələnən Cüneyt Durmuş bir gün arvadını kəndə göndərib. Sonra arvadının adı ilə "Facebook"a girərək Fatihə "ərim burda yoxdur, bizə gəl, sevişək" yazıb. Fatih də yarım saat ərzində onlara gəlib. Cüneyt Durmuş dərhal onun başından küt alətlə vurub. Sonra onun başını kəsib və bədənini bir neçə tikəyə bölüb. Sonra da onları salafan torbalara doldurub. Qaynatasını çağırıb və onunla köməkləşib cəsəd dolu salafan torbaları basdırmaq istəyib. Lakin polis onları yaxalayıb.(anspress)
AzNews.az