Əfqanıstanda zəlzələ nəticəsində yaralıların sayı 850 nəfərə çatıb

3 Noyabr 2025 19:52 (UTC+04:00)

Əfqanıstanın şimalında baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb, yaralananların sayı 900-ə yaxınlaşır.

Bu barədə Əfqanıstanın “Tolo News” xəbər portalı Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadən məlumat verir.

"Ölkənin şimalında ötən gecə baş verən güclü zəlzələ azı 27 nəfərin ölümünə, 850-dən çox insanın yaralanmasına səbəb olub", - ÜST-nin Şərqi Aralıq dənizi üzrə regional direktoru Hanan Balkhi Telegram-da yazıb.

Təşkilat öz reanimasiya həkimləri və travma cərrahlarından ibarət qrupları fəlakət bölgələrinə göndərib. Xilasetmə əməliyyatları davam etdikcə və qurbanlar dağıntılar altından çıxarıldıqca, ölənlərin sayının artacağı ehtimal edilir. ÜST zəlzələdən zərər çəkmiş bəzi ərazilərdə vəziyyətin kritik olduğu barədə xəbərdarlıq edib.

Mövsüm,

AzNews.az