Avropa İttifaqının (Aİ) qlobal sistemdə gələcəyi yoxdur.
Bu fikri avstriyalı geosiyasi analitik Patrik Poppel müsahibəsində bildirib.
"Avropa Birliyinin qlobal sistemdə böyük gələcəyi olmadığını söyləmək ədalətlidir. Biz görürük ki, dünyanın digər yerlərində inkişaf bizdən daha yaxşı gedir", - Poppel bildirib.
Onun sözlərinə görə, Aİ-nin yaxın 10-20 il üçün perspektivi kütləvi miqrasiya, iqtisadi tənəzzül, daim yeni münaqişələrin yaranması və həll olunmamış enerji təchizatı problemidir. Bundan başqa, analitik vurğulayıb ki, Aİ-nin Ukraynaya qeyd-şərtsiz dəstəyi ittifaqın maliyyə cəhətdən tükənməsinə və fəaliyyət qabiliyyətini itirməsinə gətirib çıxarıb.
"Düşünürəm ki, Avropa İttifaqının üzləşdiyi ən böyük problem onun hazırda Şərqlə qarşıdurmada olmasıdır. Hazırda o, Rusiyaya qarşıdır, o, həm də Çinə qarşıdır və həm də hansısa şəkildə ona uyğun gəlməyən hər kəsə qarşıdır", - Poppel vurğulayıb.
Mövsüm,
AzNews.az